Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada koronavirus infeksiyası ilə bağlı maarifləndirmə tədbirləri onlayn videokonfransda müzakirə olunub

07 avqust 2020 | 16:00

Konfransın əvvəlində rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyevin “Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar” mövzusunda çıxışı dinlənilib. Qurum rəsmisi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlər barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların yerinə yetirilməsi nəticəsində son günlər koronavirusa yoluxanların sayında xeyli azalma müşahidə olunur. Vətəndaşlar bundan arxayınlaşmamalı, koronavirusdan qorunma tədbirlərini pandemiya başa çatanadək davam etdirməlidirlər.

YAP Zaqatala rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Məmmədov, rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı İlkin Həbilov, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Leyla Məmmədova çıxışlarında pandemiya ilə mübarizədə vətəndaşların üzərinə düşən vəzifələrdən bəhs ediblər. Bildirilib ki, şəxsi gigiyena qaydalarına düzgün riayət etmək, qapalı yerlərdə qoruyucu maskalar taxmaq, sosial məsafə saxlamaq koronavirusla mübarizədə ən səmərəli vasitələr hesab olunur.

Keçidlər