25.05.2022-ci il tarixdə Lahıc kəndində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 62 nəfər kənd sakini qatılmışdır.
Kənd təsərrüfatında məsul bir dövrün - dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir.
Zəngin inkişaf yolu keçmiş Şuşa şəhəri bütün dövrlərdə Azərbaycanın, eləcə də Cənubi Qafqazın ictimai-siyasi və mədəni həyatında müstəsna rol oynayıb. Bu qədim şəhərin Azərbaycan xalqının qəlbində özünəməxsus yeri və dəyəri var. Şuşa coğrafi mövqeyi və mədəniyyəti ilə Azərbaycan tarixində böyük iz salan diyardır. Şuşanın azad edilməsi həm mühüm siyasi, strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır.
Qırx dörd günlük Vətən müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri də Zaqatala rayonunun Lahıc kəndindən olan şəhid Vüsal Məmmədovdur.
Zaqatala RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə mütəmadi olaraq görüşlər keçirir.
Zaqatala rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 9393,6 hektar sahədə yazlıq əkin həyata keçiriblər.
11.05.2022-ci il tarixdə Yuxarı Tala kəndində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb.
Bu ilin yanvar-mart aylarında Zaqatala rayonunun əhalisi ilkin hesablamalara görə, 67 nəfər artaraq, 2022-ci il aprelin 1-i vəziyyətinə 131 min 133 nəfərə çatıb.
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 156–cı kilometrindən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun inşası “İnvestisiya Proqramı”na uyğun olaraq yüksək keyfiyyətlə aparılır.
XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş edib. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir. Xalqımız ona görə xoşbəxtdir ki, Azərbaycana Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi şəxsiyyətin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunması, sağlamlıqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir.
04.05.2022-ci il tarixdə Mazıx kəndində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 90 nəfər kənd sakini qatılmışdır.
Ramazan Bayramında Muxax kəndindən olan şəhidimiz Məmmədov Vidadi Etibar oğlunun ailəsi ilə Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları və şəhidin xidmət etdiyi hərbi hissənin rəhbərliyi götrüşmüş, şəhidin qəbri ziyarət edilərək xatirəsi ehtiramla yad edilmişdir.
2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Şəki Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhərində müxtəlif məzmunlu maarifləndirici silsilə tədbirlər təşkil edilib.
Müdrikliyi, nüfuzu və zəkası, eləcə də incəlik və qətiyyəti ilə Vətəninin, millətinin qeyrətini çəkən, onun inkişafı naminə fədakarcasına mübarizə aparan Azərbaycan qadınları əsrlər boyu qoyduqları izlərlə bu gün də şanlı tariximizdə yaşamaqdadırlar. Həyat və yaradıcılığı mənəviyyat, kamillik, müdriklik örnəyi olan görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva da bu gün məhz belə nurlu insanlardan biri kimi milyonların qəlbində yaşayır, dərin ehtiramla, rəğbətlə anılır.
Bu ilki mövsümdə Zaqatala rayonunda 420,3 hektar sahədə tütün əkini nəzərdə tutulur. Zaqatalalı fermerlər cari ildə 367,3 hektar sahədə “Virciniya botaniki”, 53 hektarda isə digər növ tütün yetişdirəcəklər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları aprelin 27-də Zərifə xanımın adını daşıyan liseydə olub, şagirdlərə alimin həyat və fəaliyyətinə dair məruzələr oxuyublar.
Aprelin 27-də Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) gənclərin iştirakı ilə “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib.
27.04.2022-ci il tarixdə Fındıqlı kəndində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi rayon gənclərinin hərtərəfli inkişafı üçün maraqlı layihələr həyata keçirir.
20.04.2022-ci il tarixdə Üçüncü Tala kəndində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 52 nəfər kənd sakini qatılmışdır.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Zaqatala rayonunun Aşağı Tala kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı şəhid Valeh Bədəlovun ölümündən sonra təltif edildiyi “Qubadlının azad olunmasına görə” medalı şəhidin atasına təqdim olunub.
Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Zaqatala məktəbliləri rayondakı Heydər Əliyev Mərkəzini ziyarət edirlər. Əsas məqsəd dahi şəxsiyyətin zəngin irsi ilə yaxından tanış olmaqdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin səmərəliliyinin artırılmasında medianın rolu” mövzusunda konfrans keçirilib.
13.04.2022-ci il tarixdə Çökək kəndində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb.