Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Xalq Teatrı uşaqları yeni tamaşa ilə sevindirib

31 dekabr 2017 | 16:00

Zaqatala rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının kollektivi ənənəyə uyğun olaraq Yeni il bayramı ərəfəsində uşaqları yenə də maraqlı tamaşa ilə sevindirib.

“Məlikməmməd” xalq nağılı əsasında hazırlanan eyniadlı nağıl-tamaşa üzərində məşqlər artıq başa çatıb və yeni səhnə əsəri dekabrın 30-da Mədəniyyət Mərkəzinin səhnəsində uşaqlara təqdim olunub.

Əməkdar Mədəniyyət İşçisi Bayram Qurbanovun quruluş verdiyi tamaşanın rəssamı Çingiz Məmmədov, musiqi tərtibatçısı Kənan Şəkərovdur.

Səhnə əsərində Məlikməmməd obrazını Müqəddəs Yekayev, şah obrazını Bayram Qurbanov, vəziri Kənan Şəkərov, div rolunu Şahin İsayev, qalan obrazları isə teatrın digər həvəskar aktyorları canlandırıblar.

Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.

Teatrın kollektivi bu tamaşa ilə dekabrın 31-də də pərəstişkarları qarşısında çıxış edəcək.

Keçidlər