Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 13,3 min hektardan çox sahədə yazlıq bitkilər əkilib

05 iyun 2021 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini başa çatıb. Torpaq mülkiyyətçiləri bu il 13 min 310,7 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Yazlıq bitkilərin əkin sahəsi əvvəlki illə müqayisədə 70,7 hektar artıb.

Bu barədə Zaqatala Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, məhsul istehsalçıları bu il 3521 hektarda dən üçün qarğıdalı, 2160 hektarda tərəvəz, 1595 hektarda kartof, 822 hektarda bostan məhsulları, 213 hektarda dənli və dənli paxlalılar, 10 hektarda günəbaxan əkib, 4408 hektara yonca səpiblər. Bundan əlavə, cari mövsümdə rayonda 581,7 hektar sahədə tütün əkilib.

Hazırda yazlıq bitkilərin əkin sahələrində becərmə işləri davam etdirilir.

Keçidlər