Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir

10 avqust 2020 | 16:00

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Zaqatala rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.

Rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvlərindən və polis əməkdaşlarından ibarət 62 mobil qrup karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı meydan və parklarda maarifləndirici təbliğat işləri aparır. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunur, tövsiyələr verilir. Eyni zamanda, karantin qaydalarını pozan ticarət və ictimai iaşə obyektlərinin sahibləri, həmçinin vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

 

Keçidlər