Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ-ın “Buyeponqo” musiqi qrupu Zaqatalada konsert verib

24 noyabr 2019 | 16:00

Azərbaycanda səfərdə olan ABŞ-ın “Buyeponqo” musiqi qrupu respublikamızın regionlarına səfər proqramı çərçivəsində növbəti konsertini noyabrın 24-də Zaqatala şəhərində verib.

ABŞ Dövlət Departamentinin və bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə pulsuz təşkil edilən konsert Zaqatala musiqisevərlərinin ürəyincə olub.

 Zaqatala Mədəniyyət Mərkəzində reallaşan konsertin əvvəlində ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Riçard Pinkam çıxış edərək, səmimi qonaqpərvərliyə və yaradılan şəraitə görə rayon rəhbərliyinə və musiqisevərlərə minnətdarlığını bildirib.

Vurğulayıb ki, Edqar Modestonun rəhbərlik etdiyi beş nəfərdən ibarət Afro-Latın “Buyepongo” musiqi qrupu Latın Amerikası diasporuna xas hip-hop, pank, fank və caz sədalarının qarışığından ibarət çılğın tropik üslublu musiqilər ifa edir. Musiqi qrupu başgicəllənbdirici enerjili və dərhal siraətedici ritmləri ilə Qrand Park və Los Anceles dairəsinin İncəsənət Muzeyi də daxil olmaqla, saysız-hesabsız səhnələrdə çıxışlar edib, məşhur qruplarla eyni səhnəni paylaşıb.

“Buyeponqo” qrupunun təqdim etdiyi Latın Amerikasına xas hip-hop, pank, fank və caz musiqilərindən ibarət nömrələr tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər