Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı məzunlardan 435 nəfəri tələbə adını qazanıb

22 avqust 2019 | 16:00

 

Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Zaqatala rayonunun məzunları üçün də uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 686 nəfər zaqatalalı məzundan 435-i tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 56 nəfəri 500-600 bal arası, 16 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.

Qəbul imtahanlarında Zaqatala şəhər 3 saylı tam orta məktəbin məzunu Fazil Səfərov 690 bal toplayaraq, rayon üzrə ən yüksək nəticəyə nail olub. O, Bakı Ali Neft Məktəbində təhsil alacaq. Ümumi təhsili qızıl medalla başa vuran Aşağı Tala kənd 1 saylı tam orta məktəbin məzunu Ramin Rəcəbli də 675 balla Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb.Qəbul imtahanlarında 670 bal toplayan humanitar fənlər gimnaziyasının məzunu Cəmilə Qazıyeva isə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.

Zaqatala şəhərindəki akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin məzunları ali məktəblərə builki qəbul imtahanlarında xüsusilə fərqləniblər. Belə ki, liseyi bitirmiş 37 məzundan 33-ü ali məktəblərə daxil olub.

 

Keçidlər