Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Üçüncü Tala kənd sakinləri ilə görüşüb.

21 avqust 2019 | 16:00

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Üçüncü Tala kənd sakinləri ilə görüşüb.

21.08.2019-cu il tarixdə Üçüncü Tala kəndində  Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 80 nəfər kənd sakini qatılmışdır. Görüşdə iştirak edən kənd sakinləri özlərini maraqlandıran məsələlər, problem və sosial qayğıları barədə rayon rəhbərini məlumatlandırmış, problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqların verilməsini xahiş etmişlər. Görüşdə ümumilikdə 7 təklif səsləndirilmişdir.

Rayon rəhbəri ona ünvanlanan təklif və sualları cavablandırmış, aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlarını vermişdir.

Keçidlər