Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala kümçüləri bu il 53 tonadək yaş barama istehsal ediblər

06 iyul 2019 | 16:00

Zaqatala rayonunda istehsalçılardan barama tədarükü başa çatıb. Cari mövsümdə rayonda 52 ton 945 kiloqram yaş barama istehsal edilib. Məhsul istehsalı ötən illə müqayisədə 4 ton 841 kiloqram artıb.

Cari mövsümdə barama yetişdirilməsi ilə əlaqədar 283 kümçü ilə müqavilə bağlanılıb, onlara 1500 qutu ipəkqurdu paylanılıb.

Maqov kəndindən Məmmədkamil Qardaşov bu il qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 820 kiloqram yaş barama təhvil verib. Muxax kənd sakini Şaban İbrahimov 582 kiloqram, Mosul kəndindən Musa Məmmədov 557 kiloqram, Yengiyan kəndindən Altay Qasımov 534 kiloqram, Lahıc kənd sakini Namiq Daşdəmirov isə 508 kiloqram yaş barama istehsal ediblər.

 

Keçidlər