Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Qardaşovlar ailəsi 800 kiloqramdan çox barama istehsal edib

21 iyun 2019 | 16:00

Zaqatala rayonunda barama tədarükü yekunlaşmaq üzrədir. İstehsalçılar bu günədək qəbul məntəqəsinə 52,8 ton yaş barama təhvil veriblər.
Bildirilib ki, cari mövsümdə barama yetişdirilməsi ilə əlaqədar 283 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 1500 qutu ipəkqurdu paylanılıb.

Maqov kəndindən Məmmədkamil Qardaşov indiyədək qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 820 kiloqram yaş barama təhvil verib. Muxax kənd sakini Şaban İbrahimov 582 kiloqram, Mosul kəndindən Musa Məmmədov 557 kiloqram, Yengiyan kəndindən Altay Qasımov 534 kiloqram, Lahıc kənd sakini Namiq Daşdəmirov isə 508 kiloqram yaş barama istehsal ediblər.

Rayonda istehsalçılardan barama tədarükü davam edir.

Keçidlər