Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Zəyəm kənd sakinləri ilə görüşüb

09 mart 2019 | 16:00

07.03.2019-cu il tarixdə Zəyəm kənd tam orta məktəbində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 70 nəfər kənd sakini qatılmışdır. Görüşdə iştirak edən kənd sakinləri özlərini maraqlandıran məsələlər, problem və sosial qayğıları barədə rayon rəhbərini məlumatlandırmış, problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqların verilməsini xahiş etmişlər. Kənd sakinləri tərəfində qaldırılan məsələlər əsasən sosial xarakterli, mədəniyyət və təhsil sahələrini əhatə etmişdir.

Keçidlər