Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Xalq Teatrı uşaqları yeni tamaşa ilə sevindirib

23 dekabr 2018 | 16:00

Zaqatala Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrı ənənəyə uyğun olaraq Yeni il bayramı ərəfəsində uşaqları yenə də maraqlı tamaşa ilə sevindirib.

Xalq nağılı əsasında hazırlanan “Üç dəcəl keçi balası” tamaşası üzərində məşqlər artıq başa çatıb və yeni səhnə əsəri dekabrın 22-də Mədəniyyət Mərkəzinin səhnəsində uşaqlara təqdim olunub.

Əməkdar mədəniyyət işçisi Bayram Qurbanovun quruluş verdiyi tamaşada rolları teatrın həvəskar gənc aktyorları ifa ediblər.

Tamaşaya başlamazdan əvvəl Yeni ilin personajları olan Şaxta baba və Qar qız səhnəyə çıxaraq uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.

Teatrın yaradıcı kollektivi məktəblilərin qış tətili günlərində də bu tamaşa ilə öz pərəstişkarlarını sevindirəcək.

Keçidlər