Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib

24 oktyabr 2018 | 16:00

Oktyabrın 24-də Mənəvi Dəyərlərin Təbliği Fondunun və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib.  

Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov Zaqatalada təşkil edilmiş tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib. R.Həsənov mənəvi sahədə maarifləndirmənin xüsusilə gənclər üçün əhəmiyyətli olduğunu qeyd edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov dəyər anlayışı, onun mahiyyəti və təzahürləri haqqında danışıb. Fondun yaradılması haqqında da iştirakçıları məlumatlandıran icraçı direktor bunun mənəvi sahəyə dövlət qayğısının bariz nümunəsi olduğunu bildirib. M.İsmayılov azərbaycançılıq ideologiyasının gənclərə çatdırılması məqsədilə Fond tərəfindən bir sıra tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin kafedra müdiri professor Anar İsgəndərov Azərbaycan xalqının dərin tarixi və mənəvi köklərə malik olduğunu vurğulayıb. A.İsgəndərov Azərbaycanın mənəvi dəyərlərinin təbliği ilə bağlı gənclərin üzərinə düşən tarixi missiyanın və məsuliyyətin böyük olduğunu qeyd edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev azərbaycançılığın hər bir vətəndaşımızın mənəvi istinad nöqtəsi olduğunu qeyd edib. O, mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılmasının vacibliyi haqqında da fikirlərini bölüşüb.

Keçidlər