Şriftin ölçüsü :

Saytın rəngi :

Toxumçuluq kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biridir

15 sentyabr 2018 | 16:00

Kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlər davam etdirilir. Bununla bağlı daimi olaraq fermerlərin yanında olmaq, qarşılaşdıqları problemləri yerində həll etmək, bu sahədə müvafiq bilgilər vermək, yeni innovativ texnologiyaların tətbiqi və əyani nümayişi qarşıya qoyulan əsas vəzifələrdəndir.

Bununla əlaqədar olaraq sentyabrın 15-də Zaqatala rayonunda, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bölgə Təcrübə Stansiyasında bölgənin toxumçuluqla məşğul olan fermerlərinin iştirakı ilə “Yeni istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə taxıl toxumlarının təmizlənməsi, dərmanlanması və qablaşdırılması” mövzusunda regional müşavirə keçirilib.

Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnnovasiya Məsləhət Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssislərinin də iştirak etdiyi tədbirdə respublikada toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi sahəsində görülən işlər, fermerlərin qarşılaşdıqları problemlər ətraflı müzakirə olunub.

Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Respublikada toxumçuluğun inkişafında innovativ texnologiyaların tətbiqi və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.

Keçidlər