Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı fermerlər indiyədək sahələrdən 17 min tona yaxın dən qarğıdalı tədarük ediblər

07 sentyabr 2018 | 16:00

Zaqatalalı fermerlər bu il 4 min hektar sahədə qarğıdalı bitkisi yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək 2 min 985 hektar sahənin məhsulu yığılıb, 17 min tona yaxın dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 56,7 sentner təşkil edir.

Son illər zaqatalalı fermerlər günəbaxan əkininə də böyük maraq göstərirlər. Bu il rayonun təsərrüfatlarında 182 hektar sahədə günəbaxan əkilib. Bu günədək 120 hektar sahənin məhsulu yığılıb, 295 ton günəbaxan tumu tədarük olunub.

Keçidlər