Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Gənclər günü qeyd edilmişdir.

02 fevral 2018 | 16:00

02 fevral 2018-ci il tarixdə Zaqatala rayonunda Gənclər günü ilə əlaqədar tədbir keçirilmişdir.
Rayon gənclərinin nümayəndələri ilk öncə Heydər Əliyev Mərkəzinin qarşısıda ucaldılmış  ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər.
Sonra Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişlər. İlk öncə tədbir iştirakçıları rayon gənclərinin əl işləri, foto və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmişlər.
   Sonra tədbirdə Zaqatala gənclərinin 2017-ci ildə qazandıqları uğurlardan, rayonda idman sahəsinin inkişafına yönələn tədbirlərdən bəhs edən film nümayiş etdirilmişdir.
Əlamətdar gün münasibəti ilə gəncləri təbrik edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında gənclərlə iş sahəsində yaranmış boşluğun 1993-cü ilin iyununda ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra aradan qaldırıldığını, düz 19 il əvvəl ulu öndərimizin imzaladığı sərəncamla 02 fevral Azərbaycanda gənclər günü kimi təqvimə salındığını, müstəqil Azərbaycan gənclərinin ilk dəfə 1996-cı ilin fevralın 2-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən forumda bir araya gəldiklərini xüsusi vurğulamışdır. 
Tədbirdə çıxış edən rayon gəncləri respublıikamızda, o cümlədən Zaqatala rayonunda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrin inkişafı üçün görülmüş bütün işlərə görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin sədri cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mrehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirmiş və respublikamızın parlaq gələcəyi naminə fəaliyyətində möhtərəm Prezidentimizi daim dəstəkləyəcəklərini xüsusi ilə qeyd etmişlər.
Sonra 2017-ci ildə təhsil, səhiyyə, dövlət qulluğu, mədəniyyət, idman və digər sahələrdə yüksək nailiyyət qazanmış rayon gənclərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.  
Tədbir rayon gəncləri bədii özfəaliyyət kollektivlərinin konsert proqramı ilə başa çatmışdır.

Keçidlər