Şriftin ölçüsü :

Saytın rəngi :

Çindən gətirilən tut tinglərinin 80 min ədədi Zaqatala rayonu ərazisində əkiləcək

04 dekabr 2017 | 16:00

Yeni tut bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 80 min ədədinin Zaqatala rayonu ərazisində əkilməsi nəzərdə tutulub.

Tinglərin əkini üçün qəsəbə və kəndlərdə bələdiyyə və xüsusi mülkiyyətə 8 hektar torpaq sahəsi ayrılıb. Tinglərin əkininin qısa müddətdə başa çatdırılması üçün bütün zəruri hazırlıq işləri görülüb. Gətirilən tinglərin 37,5 min ədədi artıq əkilib.

Bundan əlavə, payız mövsümündə Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsi və əhali tərəfindən rayon ərazisində müəssisənin tinglik təsərrüfatında yetişdirilən 10 min ədəd tut tinginin əkilməsi də təmin olunub.

Xatırladaq ki, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə ötən il də rayon ərazisində 147 min ədəd tut tingi əkilib. Bunun 133 min ədədini Çindən gətirilən tinglər təşkil edib.

Keçidlər