Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar Heydər Əliyevin adı ilə bağlıdır

14 iyun 2017 | 16:00

Həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddəratında həlledici rol oynayaraq bütöv bir xalqın yaddaşına əbədi həkk olunur, tarixinə qızıl hərflərlə yazılır. Azərbaycan üçün 1993-cü il iyunun 15-i məhz belə tarixi hadisələrdəndir. Həmin əlamətdar tarixi gün ümummilli lider Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizin xilasının başlanğıcı, milli qurtuluş günüdür. Bu fikirlər 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iyunun 14-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda səsləndirilib.Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər. Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbirin əvvəlində 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli film nümayiş olunub. Rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun təqdim etdiyi “Tarixin şanlı səhifəsi – qurtuluş” mövzusunda məruzədə 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada yaranmış ağır vəziyyət, hökm sürən hərc-mərclik, baş verən ictimai-siyasi proseslər geniş təhlil olunub, məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu, siyasi sabitliyin bərqərar olunduğu, ölkənin xaos, böhran və siyasi çəkişmələrdən azad olduğu xüsusi vurğulanıb. Çıxışlarda Ümummilli Liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs olunub, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Bildirilib ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.

Keçidlər