Bu ilki mövsümdə Zaqatala rayonunda 420,3 hektar sahədə tütün əkini nəzərdə tutulur. Zaqatalalı fermerlər cari ildə 367,3 hektar sahədə “Virciniya botaniki”, 53 hektarda isə digər növ tütün yetişdirəcəklər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları aprelin 27-də Zərifə xanımın adını daşıyan liseydə olub, şagirdlərə alimin həyat və fəaliyyətinə dair məruzələr oxuyublar.
Aprelin 27-də Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) gənclərin iştirakı ilə “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib.
27.04.2022-ci il tarixdə Fındıqlı kəndində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi rayon gənclərinin hərtərəfli inkişafı üçün maraqlı layihələr həyata keçirir.
20.04.2022-ci il tarixdə Üçüncü Tala kəndində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 52 nəfər kənd sakini qatılmışdır.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Zaqatala rayonunun Aşağı Tala kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı şəhid Valeh Bədəlovun ölümündən sonra təltif edildiyi “Qubadlının azad olunmasına görə” medalı şəhidin atasına təqdim olunub.
Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Zaqatala məktəbliləri rayondakı Heydər Əliyev Mərkəzini ziyarət edirlər. Əsas məqsəd dahi şəxsiyyətin zəngin irsi ilə yaxından tanış olmaqdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin səmərəliliyinin artırılmasında medianın rolu” mövzusunda konfrans keçirilib.
13.04.2022-ci il tarixdə Çökək kəndində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb.
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin aprelin 13-də Zaqatalada keçirilən rayon mərhələsinin yarışları şəhər 3 saylı tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Zaqatala rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 35 komanda mübarizə aparıb.
Görkəmli nasir, dramaturq, publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi Məmməd Səid Ordubadinin 150 illik yubileyi münasibətilə Zaqatala rayon Mərkəzi Kitabxanasının Xidmət şöbəsində “Tarixi roman janrının banisi” adlı dəyirmi masa təşkil olunub.
06.04.2022-ci il tarixdə Mosul kəndində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb.
Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının birgə təşkilatçılığı ilə “Aprel savaşı-böyük Zəfərin müqəddiməsi” mövzusunda seminar keçirilib.
2016-cı ilin Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan mərd oğullardan biri də Zaqatala rayonundan olan Sərxan Bayramovdur.
Zaqatala rayon Mərkəzi Kitabxanası tərəfindən 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə uşaq kitablarından ibarət sərgi təşkil edilib.
Bu gün artıq bütün azərbaycanlılara 31 martın tarixi mahiyyəti məlumdur. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
İki əsrdən çoxdur ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulub.
30.03.2022-ci il tarixdə Yeni Suvagil kəndində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb.
Şəhidin ad günündə məzarı ziyarət olunub.
Zaqatala Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrında “Göyçək Fatma” tamaşası təqdim edilib.
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun ailəsini ziyarət ediblər.
Milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz Zaqatala rayonunda da ümumxalq bayramı kimi, böyük sevinc və ruh yüksəkliyi qeyd olunub.
16.03.2022-ci il tarixdə Faldarlı kəndində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb.
Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO Industry” MMC tərəfindən builki mövsümdə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 600 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır.