Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində uşaqlar üçün ödənişsiz həkim müayinəsi təşkil olunub

07 may 2022 | 16:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunması, sağlamlıqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. 15 may – Beynəlxalq Ailə Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində Zaqatala UADM tərəfindən aztəminatlı ailələrin uşaqları və mərkəzin benefisiarları üçün ödənişsiz həkim müayinəsi təşkil edilib.
  Tədbir çərçivəsində “Baku Citi Hospital”dan dəvət olunmuş fizioterapevt-reabilitoloq həkim Fatma Məmmədova tərəfindən pleksit, serebral iflic, yastı pəncəlik və onurğa əyriliyi xəstəlikləri olan 1-18 yaş arasında 27 uşaq tam ödənişsiz müayinə olunub və valideynlərə lazımi məsləhətlər verilib.

 

 

Keçidlər