Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı gənclər məişət zorakılığı və onun fəsadları barədə maarifləndiriliblər

27 aprel 2022 | 16:00

Aprelin 27-də Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) gənclərin iştirakı ilə “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Zaqatala UADM-nin direktoru Cövhərət İbrahimova və sosial iş üzrə mütəxəssis Könül Şirinova çıxış edərək “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu”, məişət zorakılığı və onun növləri, fəsadları barədə geniş məlumat veriblər.

Rayon Polis Şöbəsinin nümayəndəsi Niyazi Məmmədov tədbir iştirakçılarına məişət zorakılığı qurbanlarına göstərilən çevik dəstək, mühafizə orderinin alınması, zəruri hallarda məişət zorakılığı qurbanlarının sığınacaqlara yerləşdirilməsi və digər məsələlər barədə ətraflı izahat verib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara maarifləndirici vəsait təqdim olunub.

Keçidlər