Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada yol polisləri Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət ediblər

22 mart 2022 | 16:00

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun ailəsini ziyarət ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  ziyarət zamanı şəhidin ailə üzvləri Novruz bayramı münasibətilə təbrik edilib, İsmayıl Səmədovun keçdiyi şərəfli döyüş yolu xatırlanıb. Həmçinin qəhrəman oğullarımızın Vətən müharibəsindəki qələbə əzmindən danışılıb, onların əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı və gələcək nəsillər üçün örnək olduğu bildirilib.

Qeyd edək ki, İsmayıl Səmədov Vətən müharibəsində Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra o, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallar ilə təltif edilib.

 

Keçidlər