Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada uşaqlara “Göyçək Fatma” tamaşası təqdim edilib

28 mart 2022 | 16:00

Zaqatala Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrında “Göyçək Fatma” tamaşası təqdim edilib.

 “Göyçək Fatma” nağıl-tamaşasında Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin, həmçinin müharibə qazilərinin övladları iştirak ediblər.

Əməkdar mədəniyyət işçisi Bayram Qurbanovun quruluş verdiyi tamaşanın ssenari müəllifi Nazən Şəkərova, musiqi tərtibatçısı Kənan Şəkərovdur. Tamaşada rolları Bayram Qurbanov, Nazən Şəkərova, Şahin İsayev, Dina Matıyeva və Kənan Şəkərov ifa ediblər.

 

Keçidlər