Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şəhid Ehtiram Əhmədovun xatirəsi anılıb

11 noyabr 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Zaqatala rayonunun Yeni Suvagil kəndindən olan Ehtiram Əhmədovdur. Noyabrın 11-i şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olur.

Şəhidin ili ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Həmin gün Yeni Suvagil kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı da olub.

Ehtiram Əhmədov 2001-ci il martın 26-da Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. O, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət edib. Ehtiram Əhmədov Vətən müharibəsi zamanı Suqovuşan, Xocavənd, Cəbrayıl və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli döyüşləri zamanı ağır yaralanıb. Uzun müddət Bakı şəhərində Mərkəzi Hərbi Hosbitalda komada olub. Noyabrın 11-də Yeni Suvagil kəndində torpağa tapşırılıb. Döyüşlərdə göstərdiyi igidliyə görə, ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Keçidlər