Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın qarğıdalı sahələrində orta məhsuldarlıq 56,7 sentner təşkil edir

30 oktyabr 2021 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında qarğıdalı yığımı yekunlaşmaq üzrədir. Bu il rayonun torpaq mülkiyyətçiləri 3 min 537 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. İndiyədək sahələrin 98 faizinin, yəni 3 min 466 hektar sahənin məhsulu yığılıb, 19 min 652 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 56,7 sentner təşkil edir.

Builki mövsümdə rayonun Yengiyan və Göyəm kəndlərinin qarğıdalı sahələrində hər hektardan məhsuldarlıq daha yüksək - 95-100 sentner olub.

Cari ildə rayonda 201 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı da əkilib. Hazırda həmin sahələrdə biçin davam edir.

Qeyd edək ki, zaqatalalı fermerlər ötənilki mövsümdə 3 min 536 hektar qarğıdalı sahəsindən 19 min 970 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 232 ton artıb.

Keçidlər