Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şəhid Alim Məhəmmədovun xatirəsi anılıb

28 oktyabr 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Zaqatala rayonunun Fındıqlı kəndindən olan Alim Məhəmmədovdur. Oktyabrın 28-i şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olur.

Şəhidin anım mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Alim Məhəmmədov 2001-ci il sentyabrın 28-də Zaqatala rayonunun Fındıqlı kəndində anadan olub. O, 1919-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan Alim Məhəmmədov Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 27-də şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə görə, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər