Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun xatirəsi anılıb

12 oktyabr 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Zaqatala rayonunun Lahıc kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovdur. Oktyabrın 12-si şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olur.

Şəhidin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, kənd sakinləri və döyüş yoldaşları onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, həyatının 30-cu ilində əbədiyyətə qovuşan İsmayıl Səmədovun keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağı vurğulanıb.

Keçidlər