Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayır

11 oktyabr 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən Zaqatala rayonunun igid oğulları – Yeni Suvagil kəndindən Fəqan Məmmədovun, Muğanlı kəndindən Nicat Xəlillinin, Qandax kəndindən Aydın Əhmədli və Şahin İsgəndərovun şəhadətə yüksəlmələrinin birinci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.

Şəhidlərin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri və kənd sakinləri onların məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.

Mərasimlərdə ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin keçdiyi şərəfli döyüş yolundan danışılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Sonra rayonun Qandax kəndində şəhid Aydın Əhmədlinin xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub.

Şəhidlərin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Vətən müharibəsində şəhadətə yüksələn şəhidlərin ildönümü ilə əlaqədar Zaqatalada anım mərasimləri davam edir.

Keçidlər