Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala şəhərində koronavirus əleyhinə dezinfeksiya işləri görülüb

09 sentyabr 2021 | 16:00

Zaqatalada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Son günlər ölkə ərazisində virusa yoluxma sayının artması ilə əlaqədar rayonda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri daha da gücləndirilib.

Sentyabrın 7-də Zaqatala şəhərində növbəti kütləvi dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, yeraltı keçid, yaşayış məhəllələrinin əraziləri, çoxmənzilli binaların giriş blokları və pilləkənlər suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla yuyulub, satış mərkəzlərində, bankomatların yerləşdiyi ərazilərdə təmizlik və dezinfeksiya işləri aparılıb.

İnsanların sağlamlığının qorunması məqsədilə rayonda dezinfeksiya işləri mütəmadi davam etdiriləcək.

Keçidlər