Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi ilə görüş keçirilib

26 may 2021 | 16:00

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi Yusif Hümbətovla görüş keçirilib. Tədbirdə Mərkəzin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Görüşdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi xüsusi vurğulanıb. Mərkəzin direktoru Famil Rəhimov Yusifin müharibədəki qəhrəmanlıqları barədə danışıb, onun kimi oğulların şərəfli ömür yolunun gənclər üçün əsl örnək olduğunu bildirib. Diqqətə çatdırılıb ki, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Yusif Hümbətov 5 medalla – “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Müharibə qazisi Yusif Hümbətov cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb. Qazi şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulayıb, şəhid ailələrinə, eləcə də müharibə qazilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Keçidlər