Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada yaş barama istehsalının 46 tona çatdırılması proqnozlaşdırılır

25 may 2021 | 16:00

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 10 ton artırılaraq, 46 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 271 kümçü ilə müqavilə bağlanılıb, onlara 1150 qutu, yəni 21 kiloqram 850 qram ipəkqurdu paylanılıb. Hazırda ailə təsərrüfatlarında ipəkqurdlarının yemlənməsi prosesi davam edir.

Kəndin ərazi icra nümayəndəsinin müavini İlham Məmmədovun bildirdiyinə görə, ötən il kənddə 5 kümçü ailəsi 285 qram ipəkqurdunun bəslənməsi ilə məşğul olub, 400 kiloqramadək yaş barama istehsal edilib. Builki mövsümdə də baramaçılıqla 5 ailə məşğuldur və onlara 218 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə kənddə 500 kiloqramdan çox yaş barama istehsal ediləcəyi gözlənilir.

Keçidlər