Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala kitabxanasında işğaldan azad olunmuş ərazilər haqqında məlumat bülleteni hazırlanıb

21 may 2021 | 16:00

Zaqatala Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Metodika və biblioqrafiya şöbəsi tərəfindən “Azad olunmuş ərazilərimizin infrastrukturu, ərazisi, etnik təbiəti, təbii ehtiyatları barədə” məlumat bülleteni tərtib edilib.

Bülletendə şəhər, qəsəbə və kəndlərimizin işğaldan azad olunmasının günbəgün xronoloji ardıcıllıqla siyahısı göstərilib, həmin ərazilərdə yerləşən qədim tarixi və mədəniyyət obyektləri və bu obyektlər üzrə monitorinqin nəticələri, düşmən işğalı zamanı həmin abidələrin tamamilə dağıdılması barədə məlumat verilib. Bülletendə, eyni zamanda, regionun təbii landşaftı və turizm potensialı, sənayesi, su təchizatı imkanları, faydalı qazıntı/xammal potensialı, həmçinin Qarabağın işğaldan əvvəlki etnik tərkibi haqqında da məlumatlar var.

Oxucular kitabxananın “zaqatala.cls.az” saytına daxil olaraq, sənədlər bölməsinin metodiki vəsaitlər alt bölməsində bülletenlə onlayn şəkildə tanış ola bilərlər

Keçidlər