Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada faşizm üzərində Qələbənin ildönümü qeyd olunub

09 may 2021 | 16:00

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 76 il ötür. Qələbənin təmin olunmasında azərbaycanlıların da çox böyük rolu və payı olub. Müharibə illərində həmvətənlərimiz ön və arxa cəbhələrdə böyük fədakarlıqlar göstərib, 600 mindən çox azərbaycanlı döyüşlərə yollanıb, onların 300 mindən çoxu amansız müharibədən geri qayıtmayıb. Müharibədə Zaqatala rayonunun mərd oğul və qızları da böyük rəşadət göstəriblər.

 Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə mayın 9-da Zaqatala rayonunun rəhbər işçiləri və ictimaiyyətin nümayəndələri İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə Zaqatala şəhərində ucaldılmış “Xilaskar əsgər” abidəsinin önünə gül dəstələri düzüb, igid həmyerlilərin xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri abidənin önündə xatirə şəkli çəkdiriblər.

Tədbir iştirakçıları sonra Şəhidlər xiyabanını ziyarət edib, şəhər qəbiristanlığına gələrək, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Keçidlər