Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Ulu Öndərin doğum gününə həsr olunmuş gül və ağacəkmə aksiyaları keçirilib

08 may 2021 | 16:00

Müasir Azərbaycan tarixinin yaradıcısı ümummilli lider Heydər Əliyev xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət olaraq yaddaşlara əbədi həkk olunub. Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad və müstəqil görmək istəyən Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mayın 8-də Zaqatala rayonunda gül və ağacəkmə aksiyaları keçirilib. Aksiya çərçivəsində Zaqatala şəhərində Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında, Heydər Əliyev Mərkəzinin həyətində, Dədə Qorqud meydanında, şəhərin park və xiyabanlarında çoxlu sayda bəzək və gül kolları əkilib, əvvəl əkilən gül və yaşıllıqlara qulluq olunub.

Eyni zamanda, aksiya zamanı Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun kənarında 300-dən çox katalpa, tut və digər ağaclar əkilib, yeni əkilən tinglərə qulluq olunub, ərazidə təmizlik işləri aparılıb.

Gül və ağacəkmə aksiyalarında rayon rəhbərliyi, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri və sakinlər iştirak ediblər.

Keçidlər